BMT rəsmisi oyunu yarımçıq tərk edən futbolçuya dəstək verdi

BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüseyni irqçi təhqirlərə məruz qalan İtaliyanın “Peskara” klubunun futbolçusu Salli Muntarinin oyunu tərk etmək qərarını dəstəkləyib.

 

Əl Hüseyni bu addımın  BMT-nin insan haqları üzrə idarəsinin bütün əməkdaşlarına ruhlandırıcı təsir göstərdiyini vurğulayıb.

 

Ötən gün İtaliya çempionatının 34-cü turunda, “Kalyari” - “Peskara” matçında irqçi insident yaşanıb. Oyunun son dəqiqələrində meydan sahiblərinin azarkeşləri Salli Muntariyə qarşı irqçi şüarlar səsləndirib.

 

Qanalı futbolçu bu barədə matçın baş hakiminə məlumat verib. Buna cavab olaraq hakim S.Muntariyə sarı vərəqə göstərib. Futbolçu isə etiraz əlaməti olaraq meydanı tərk edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR