Bakıda qadını bıçaqlayıb çantasını apardılar
Bakıda qadın bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə “Azadlıq” metrostansiyasının yaxınlığındakı parkda baş verib. 30 yaşlı Məhərrəmova Samirə Rafiq qızı bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.
Hadisə barədə polisə məlumat verilib. Qadın polisə ilkin ifadəsində bildirib ki, parkda gedərkən ona naməlum şəxslər yaxınlaşıb və bıçaqla hədələyərək, çantasını tələb edib. 30 yaşlı qadın müqavimət göstərməyə çalışıb. Bu vaxt naməlum şəxslərdən biri bıçaqla ona xəsarət yetirib. Quldurluq əməlini törədənlər çantanı da götürərək hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. 30 yaşlı Samirə Məhərrəmovaya qarşı quldurluq edənlərin tapılması üçün əməliyyat-axtarış tədbirləri görülür.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır