Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşməyə hazır olduğunu bildirib. Bu barədə D.Tramp “Bloomberg” agentliyinə müsahibəsində deyib.
“Siyasətlə məşğul olanların əksəriyyəti açıq şəkildə bunu bildirməzdi, lakin mən sizə deyirəm – münasib vəziyyətdə mən onunla görüşərdim”, deyə D.Tramp vurğulayıb.
Koreya yarımadası ətrafında gərginlik Şimali Koreyanın ardıcıl raket buraxılışları və mümkün nüvə sınağı ilə bağlı məlumatlardan sonra artıb. ABŞ bəyan edib ki, Şimali Koreyanın addımlarına qarşı hərbi variant istisna deyil. Bununla belə, Vaşinqton hələlik Pxenyana sanksiyaların köməyi ilə iqtisadi təzyiqin üzərində dayanıb.
OXŞAR XƏBƏRLƏR
14:39
493
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
655
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1213
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1028
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1708
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1184