Parisdə 1 May toqquşmaları: yaralananlar var

Fransanın paytaxtı Parisdə keçirilən 1 may nümayişində toqquşmalar baş verib. APA TV-nin məlumatına görə, iri həmkarlar təşkilatlarının təşkil etdiyi yürüş bir neçə dəfə polislə toqquşmalar üzündən yarımçıq qalıb. Aksiya iştirakçıları polis əməkdaşlarına yandırıcı maye ilə dolu butulkalar və daş atıblar.

 

Bundan başqa, nümayişdə vandalizm hadisələri də qeydə alınıb. Radikal əhval-ruhiyyəli qrup dayanacaqların şüşələrini, yol nişanlarını sındırıb, zibil qutularına od vurub. Polis əməkdaşları gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

 

Toqquşmalar nəticəsində dörd polis əməkdaşı xəsarət alıb. Onlardan biri qadındır. O, üçüncü dərəcəli yanıq xəsarətləri alıb, vəziyyəti ağırdır.

 

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkəboyu 1 may aksiyalarından ümumilikdə 140 mindən çox adam iştirak edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR