Şəkidə yeznə qaynını güllələdi
Şəkidə yeznə odlu silahla qaynını qətlə yetirib.
Hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, aprelin 30-u axşam saatlarında rayonun Fazıl meşəlik ərazisində üzərində güllə yarası olan kişi meyiti tapılıb.
Aparılan ilkin araşdırma zamanı meyitin rayonun İbrahimkənd kənd sakini, 1959-cu il təvəllüdlü Tofiq Məhyəddin oğlu Səfərova aid olduğu məlum olub. Araşdırma zamanı o da məlum olub ki, Tofiq Səfərov Fazıl meşəlik ərazisində qonşu Aşağı Küngüt kəndindən yaşayan yeznəsi, 1960-cı il təvəllüdlü Vidadi Süphan oğlu Balıyev tərəfindən hələ ki istintaqa məlum olmayan səbəbdən ov tüfəngi ilə qətlə yetirilib.
Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan, əvvəllər məhkum olunmuş Vidadı Balıyev tutularaq istintaqa təhvil verilib. Hadisəni törətməkdə istifadə etdiyi “TOZ-16” markalı ov tüfəngi götürülərək maddi sübut kimi istintaqa verilib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır