Zamiq özü çəkilməyən klipini təqdim etdi
Müğənni Zamiq media əhlini bir araya toplayaraq, yeni klipini təqdim edib. Müğənni bildirib ki, bu klip yeni mahnılardan biri üçün yox, 2 il öncə ifa etdiyi “Unudaram” adlı mahnısına çəkilib.
Bu klipdə Zamiq iştirak etməyib. Məsələ burasındadır ki, qrafika ustaları Famil Əsədov və Cavid Əbdürrəhmanov Zamiqlə əlaqə saxlayaraq onun üçün klip hazırlamaq təşəbbüsünü irəli sürüblər. Qarşılığında isə pul istəməyiblər. “Unudaram” mahnısına klip 3D qrafika ilə hazırlanıb: “Tam deməzdim ki, ürəyimcə oldu. Bir az oxşarlıq xoşuma gəlmədi”.
Bəs görəsən, Zamiq bəyənmədiyi klipə niyə təqdimat edib?
“Klipə baxanda əhvalım yaxşı oldu. Gülə-gülə baxdım. Üzümdə təbəssüm əmələ gəldi. Bu ağır işdir. Ona görə mən istədim ki, bunu qiymətləndirək. Çünki istedadlı gənclərə dəstək olmaq lazımdır. Onlar bunu mənə hədiyyə elədilər”.
Bu da hələ son deyil. Belə ki, Zamiq bu komanda ilə yenidən bir araya gələcək: “Deyiblər ki, bir yerdə oxuyacaqsınız. Onların da öz komandası olacaq, bizim də. Rəqslər də ola bilər. Ən çətini də odur. Mən tərəfdən canlı olacaq, o tərəfdən də cansız”.
Onu da öyrəndik ki, növbəti klip musiqisi Zamiqə, sözləri MC Murada aid olan yeni mahnıya çəkiləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır