ADİU-da karyera sərgisi başladı
Azərbaycan Dövlət İqtisad Universitetində iş adamlarının iştirakı ilə karyera sərgisinin açılış mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən universitetin prorektoru Damət Bağırov bildirib ki, kadr hazırlığında təhsil müəssisələrinin rolu böyükdür. Universitetdə belə görüşlərin ənənə halını aldığını deyən prorektor bildirib ki, hazırda universitetdə praktik dərslərə daha çox üstünlük verilir.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral görüşün tələbələrin karyera qurmalarında əhəmiyyətindən danışıb: "İqtisadiyyat Universiteti Türk dünyası idarəetmə fakültəsində həyata keçirilən bu karyera günləri sizlər üçün böyük fürsətdir. Bu karyera günləri çərçivəsində iş adamları ilə, dövlətin təmsilçiləri ilə görüşmək imkanları əldə edəcəksiniz. Universiteti bitirdikdən sonra həyata atılıb pulunuzu qazanıb, öz pulunuzu xərcləmək başqa bir mərhələ olacaq. Özünüzü gələcəyə çox yaxşı hazırlamalısınız".
Daha sonra çıxış edən Türkiyə Sənayeçilər və İş Adamları Birliyinin başqanı Ali İhsan Gənc hər zaman azad, müstəqil düşünən tələbələrə ehtiyac olduğunu vurğulayıb.
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin başqanı Cemal Yangın isə bildirib ki, karyera günləri çərçivəsində bütün əldə etdiyi təcrübələri tələbələrlə bölüşəcək: "Mən bu sahədə bir iş adamıyam. Amma cəsarət və həvəslə bu sahədə nələrlə qarşılaşdığımızı, bu sahədə nələrin olduğunu sizinlə paylaşacağam".
Sonda universitet qarşısındakı xidmətlərinə görə bir qrup şəxsə diplomlar təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır