Ağdaşda kanaldan qadın meyiti tapıldı

Ağdaş rayonunda suvarma kanalından meyit tapılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə meyid bu gün saat 15:00 radələrində Yuxarı Şirvan kanalının Şəkili kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

 

Kənd sakinləri kanalda insan cəsədini görərək dərhal Ağdaş Rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları kanaldan təxminən 60 yaşı olan qadın meyitini çıxararaq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparıblar. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

 

Hadisənin yeni baş verdiyi və qadının intihar etdiyi ehtimal olunur. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi, hansı rayon sakini olması və niyə ölməsi barədə araşdırmalar davam edir. Qadını tanıyan şəxslərin Ağdaş rayon Polis Şöbəsinə (020 235 51 81, 055 567 79 79, 050 233 06 10) məlumat verməsi xahiş olunur.

 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR