Merkel Səudiyyə kralı ilə görüşə hicabsız getdi
Almaniya kansleri Angela Merkel Səudiyyə Ərəbistanına səfəri zamanı kral Salman bin Əbdül-Əziz əl-Səud ilə görüşüb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, görüşdə əsasən birgə biznes fəaliyyəti, insan hüquqları və terrorizmlə mübarizə məsələləri diqqət mərkəzində olub.
Görüşə Qərb diplomatiyasına xas geyim tərzində qatılan A.Merkelin baş örtüyündən istifadə etməməsi də diqqət çəkib.
Mətbuata açıqlamasında Almaniya kansleri krallıqda qadın hüquqları sahəsində əldə olunan irəliləyişi yüksək dəyərləndirib. Bununla belə, o, ölkədə insan haqlarının vəziyyəti və ölüm hökmünün qüvvədə olmasından təəssüfləndiyini də gizlətməyib. Eyni zamanda kansler Almaniyanın krallığa ixrac etdiyi silah-sursatın həcmini azaldacağını qeyd edib.
Səfər zamanı Almaniya nümayəndə heyətində yer alan iş adamları ilə səudiyyəli biznesmenlər arasında əlaqələrin inkişafına dair razılaşmalar imzalanıb. Yeri gəlmişkən, Angela Merkel Səudiyyə Ərəbistanından olan polis və hərbçiləri təlim keçmək üçün ölkəsinə dəvət edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır