Ülvi Mehdiyev: "Əsas məqsəd tikintidə çalışan vətəndaşlarla..."
"Əsas məqsəd fərmanda qarşıya qoyulan vəzifələri icra etmək, Bakı şəhərində tikilən çoxmənzilli yaşayış binalarında çalışan vətəndaşlarla əmək müqaviləsinin imzalanmasına nail olmaqdır. Bu, həm tikintidə çalışan vətəndaşlarımızın hüquqlarının təminatıdır, həm də tikintini aparan sahibkarların xeyrinədir. Bununla da artıq faktiki iş yeri olan vətəndaşlarımızın dəqiq uçotu aparılacaq. Eyni zamanda tikintidə çalışan vətəndaşların gələcəkdə sosial təminat hüquqlarından faydalanması üçün bu gün onların əmək müqavilələrinin rəsmiləşdirilməsi zəruridir".
"ASAN Xidmət"in sədr müavini Ülvi Mehdiyev deyib ki, prezidentin fərmanına əsasən tikintidə çalışan şəxslər və tikintini aparan şirkət arasında müqavilənin olub-olmamasını "ASAN Xidmət" aidiyyəti dövlət orqanları ilə birlikdə müəyyənləşdirəcək. Əmək müqaviləsinin olmaması müəyyənləşdikdə, inzibati tənbeh tədbirləri görüləcək: "Tərkibində cinayət məsuliyyəti olan işlərdə "ASAN Xidmət" topladığı faktları sənədləşdirərək aidiyyəti dövlət orqanlarına təqdim edəcək. Artıq ƏƏSMN və digər aidiyyəti qurumlarla aprelin 28-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmanın icrası ilə bağlı görüş keçirilib və tədbirlər planı hazırlanır. Bu gündən işlərə başlayacağıq".
O qeyd edib ki, bu işlərin görülməsi üçün Əmək Münasibətlərinin Monitorinq Mərkəzi yaradılacaq: "Mərkəz aidiyyəti qurumlarla birgə tikinti obyektlərindəki insan resursları ilə bağlı müqayisəli təhlillər aparacaq və qeyri-rəsmi əmək münasibətlərinin olması ilə bağlı şübhə yarandıqda, səyyar monitorinq qrupları yerində araşdırılması obyektə göndəriləcək".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır