Bakıda xristian məzarlarının qənimi ələ keçdi
Bakıdakı xristian qəbiristanlıqlarından dəmir barmaqlıqlar, eləcə də digər metal əşyalar oğurlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat axtarış tədbirləri nəticəsində Balaxanı qəsəbəsi ərazisində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tutularaq məsuliyyətə cəlb edilib.
Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinin həyətinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq götürülüb. E.Məmmədov ilkin izahatı zamanı qəbiristanlıqlardan oğurladığı dəmir əşyaların bir qismini metal qəbulu məntəqələrinə satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır