İstanbulda 1 may aksiyaları dağıdıldı, saxlanılanlar var

Türkiyədə 1 May - Beynəlxalq Zəhmətkeşlər günü münasibəti ilə aksiya keçirməyə çalışan xeyli insan saxlanılıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, polis tərəfindən təhlükəsizlik tədbirləri görülən İstanbul şəhərinin Taksim meydanında iki qrup aksiya keçirməyə çalışıb. Etirazlar üçün meydana gələn birinci qrupdan 16 nəfər polis tərəfindən saxlanılıb.

 

Polis şəhərin Beşiktaş səmtindən Taksimə gəlmək istəyən daha böyük qrupdan isə 10 nəfəri saxlayıb.

 

Zincirlikquyu metro stansiyası çıxışında etiraz üçün toplanan qrupu polis dağıdıb. Aksiya iştirakçılarının saxlanması davam edir.

 

Etirazçılar “Yaşasın 1 May”, “Meydanlar xalqa bağlana bilməz”, “Taksim qadağasına yox, yaşasın 1 May!” yazılı plakatlar qaldırıb.

 

Qeyd edək ki, Türkiyədə ötən ilin iyulundan davam edən fövqəladə vəziyyətlə bağlı küçə yürüşləri qadağan olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR