OPEK tərəddüd edir, neft ucuzlaşır
Birjalarda neftin qiyməti ucuzlaşmaqda davam edir.
APA TV-nin xəbərinə görə, həftənin ilk seanslarında “Brent” markalı neftin 1 bareli 51,92 dollara, Qərbi Texas neftinin 1 bareli isə 49,24 dollara satılıb. Bu ötən həftənin ilk seanslarında qeydə alınan göstəricilərdən xeyli aşağıdır.
ABŞ-ın neft ehtiyatlarının azalması belə neftin ucuzlaşması prosesini dayandıra bilməyib. Buna səbəb OPEK cəbhəsindən qiymətləri dəstəkləyəcək açıqlamaların yoxluğudur. Kartelin səylərinə rəğmən hasilatın azaldılmasına dair mövcud razılaşma dünya üzrə bazara çıxarılan neftin həcminin azalmasına təsir etməyib. Ötən cümə günü Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih 2017-ci ilin ikinci yarısında hasilatın bir qədər də azaldılmasına dair sazişin imzalanmasının vacibliyini vurğulayıb. Mövcud sazişdə iştirak edən Rusiya isə bəyan edib ki, bu barədə yekun qərarı mayın 24-də, OPEK və kartelə üzv olmayan ölkələrin birgə toplantısından bir gün əvvəl açıqlayacaq.
Digər tərəfdən ABŞ-da neft hasil edən buruqların sayı 15-ci həftə ard-arda artıb. Ötən həftə daha 11 buruqda hasilat başlanıb, bununla da hasilata cəlb olunan buruqların sayı 667-yə çatıb. Bu isə yaxın gələcəkdə ABŞ-ın həftəlik neft ehtiyatlarının artacağı deməkdir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır