Bakıda qadını qətlə yetirib, meyitini Qız Qalasının yanına atdılar
Bakıda qətl törədilib. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Neftçilər prospekti, 93 ünvanında, Qız Qalasının yaxınlığında üzərində xəsarətlər olan qadın meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İstintaq-əməliyyat tədbirləri ilə onun qətlə yetirildiyi müəyyənləşib.
Məlum olub ki, qətlə yetirilən qadın Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Yelena Viktorovna Sandrandinovadır. Qətlin iştirakçısı olmaqda şübhəli bilinən 2 kişi və 1 qadın tutulub. Onlar Zyikov Samir Nərimanoviç, Razumıy Dmtirti Aleksandroviç və Alla adlı qadındır.
İlkin məlumata görə, onlar evdə kef məclisi qurublar, sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində qadın öldürülüb və meyiti Qız Qalasının yanına atılıb.
Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır