Tramp geri çəkilir? - "O, AĞILLI OĞLANDIR"
ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderini "ağıllı oğlan" adlandırıb.
APA TV-nin məlumatına görə, D. Tramp CBS telekanalına müsahibəsində bildirib ki, əgər Kim Çen In bu yaşda sərt insanlarla mübarizə apara, hakimiyyəti əlində saxlaya bilirsə, deməli, o güclü insandır.
"Məndən tez-tez onun dəli olub-olmadığını soruşurlar. Bu haqda təsəvvürüm olmasa da, vəfat edən atasından sonra 26-27 yaşında hakimiyyətə gələndə bu adam generallar və digər sərt insanlarla mübarizə aparmalı olmuşdu" - deyə, Ağ Ev rəhbəri qeyd edib.
Onun fikrincə, ABŞ və Şimali Koreya arasındakı mövcud vəziyyətin uzun müddət davam etməsinə imkan vermək olmaz. ABŞ rəhbəri həmçinin iki dövlət arasındakı problemin zamanında öncəki prezidentlər tərəfindən həll edilməli olduğuna da işarə edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır