Maykl Ceksonun bacısı 200 milyon dollar alacaq, əgər ərəb biznesmen onu...

Məşhur müğənni Canet Cekson boşanacağı təqdirdə 200 milyon dollar təzminat alacaq.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, onun qətərli biznesmen Vissam əl-Manın təmsilçiləri isə hazırda boşanma deyil, ayrılması məsələsinin müzakirə olunduğu bildirilir.

Cütlüyün statusu isə istənilən vaxt dəyişə bilər. Belə ki, nikah müqaviləsinə əsasən, tərəflər evlilikdən 5 ay sonra boşanacağı halda C. Cekson həyat yoldaşından 100 milyon dollar təzminat alacaq. Əgər onların övladları olacaqsa, bu halda təzminat məbləği 200 milyon dollar olacaq.

Cütlük övladları İssanın üç aylığında ayrılıb. Ayrılığın səbəbləri məlum olmasa da, qərb mediası Canetin həyat yoldaşından külli-miqdarda kompensasiya almaq üçün ayrıldığını iddia edib.

Müğənninin özü isə hazırda yeni konsert turuna və albomunun təqdimatına hazırlaşır. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR