Şimali Koreya elə hədələdi ki... ABŞ-IN HƏRBİ TƏLİMLƏRİ SONA ÇATDI

Rəsmi Pxenyandan Sarı dənizdə ABŞ hərb kontingentinin davam edən təlimləri ilə əlaqədar növbəti açıqlama verilib. APA TV-nin mətbuatına istinadən məlumatına görə, açıqlamada ABŞ hərbi donanmasında yer alan "Michigan" atom sualtı gəmisinin Pusan sahillərinə yaxınlaşmasına münasibət bildirilir: "Əgər hər hansı təxribata yol verilərsə, həmin gəmi bir də suyun üzünə çıxa bilməyəcək", - deyə bəyanatda vurğulanır.

Şimali Koreyanın hədələri bununla bitməyib: "Ümumiyyətlə, ABŞ-ın bölgədə yaratdığı vəziyyət onun özünə baha başa gələ bilər. Biz oradakı Amerikan hərbi kontingentini metal yığınına döndərərik. Bunun üçün bircə zərbəmiz yetər. Onları acınacaqlı tale gözləyir".

Xatırladaq ki, aprelin 29-da bölgə sularında genişmiqyaslı ABŞ-Cənubi Koreya "Key Resolve" - birgə hərbi təlimləri başa çatıb.

Buna baxmayaraq ABŞ hərbi kontingenti bölgəni tərk etmir. "Carl Winson" aviadaşıyıcısının liderliyindəki zərbə qrupunun bir müddət də bölgədə qalacağı bildirilib. "Michigan" atom sualtı gəmisi isə Koreya sahillərinin yaxınlığındadır.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR