İran əsilli teleşirkət rəhbəri və ortağı öldürüldü - İSTANBULDA SİRR DOLU QƏTL

İstanbulda peyklə fars dilində yayımlanan və 17 telekanalı özündə birləşdirən CEM TV teleşirkətinin rəhbəri Səid Karimian və küveytli ortağı Əl-Muhtari öldürülüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İran əsilli britaniyalı iş adamı S. Karimian və ortağının olduğu avtomobilin qarşısı Maslakda "Jeep" markalı avtomobillə kəsilib.

 

S. Karimiana məxsus avtomobil dayanıb və bu zaman qarşıdakı avtomobildən düşən iki nəfər atəş açmağa başlayıb. S. Karimian və ortağı hadisə yerində həyatını itirib. Daha sonra cinayətkarlar sürətlə ordan uzaqlaşıb. Onların olduğu avtomobil Kemerburgaz yolunda yandırılmış vəziyyətdə tapılıb.

 

Qeyd edək ki, Tehran məhkəməsi qiyabi olaraq S. Karimian barədə İran əleyhinə təbliğatla əlaqədar 6 il azadlıqdan məhrumetmə qərarı verib. S. Karimianin yaxınları bildirib ki, o, son 3 ay ərzində İran hakimiyyətindən hədələr alıb və buna görə də yaxın vaxtlarda Londona qayıtmağı planlaşdırırmış. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR