“Elba” MMC: Daşkəsəndə tapılan 6 ton ət bizə aid deyil

“Elba” MMC aprelin 27-də Daşkəsən rayonunun Quşçu kəndi ərazisində özünə məxsus kəsim sexində mənşəyi məlum olmayan 6 tona yaxın ət aşkarlanması ilə bağlı açıqlama yayıb.

 

Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səbuhi Cahangirov APA TV-yə bildirib ki, ət kəsim sexi 2016-cı icarəyə verilib.

 

O, icarə haqqında olan sənədləri müvafiq qurumların nümayəndələrinə təqdim etdiklərini vurğulayıb: "Protokol tərtib olundu ki, orda ət var. Mal başı, mal dərisi var. Ətlərdən analizlər götürülüb Bakıya göndərildi. Biz də izahatda qeyd etdik ki, bizlik deyil, icarədarlar var. Müqavilələri təqdim elədik".

 

Müsahibimiz qeyd edib ki, normativ aktlara əsasən “İcarəçi”yə məxsus aşkar edilmiş ətlərdən nümunələr götürülüb, lakin müayinə üçün laboratoriyaya göndərilmədən Daşkəsən rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən qərəzli fikirlər səsləndirilib: "İstənilən halda götürülmüş nümunələr 3-6 iş günü ərzində attestasiya olunmuş laboratoriyada müayinədən keçdikdən sonra istifadəyə yararlı olub-olmamasına qərar verilir. Amma bunun əksinə olaraq, Daşkəsən rayon Baytarlıq İdarəsinin əməkdaşları yerindəcə laboratoriyanın əvəzinə qərar verib və ətin istifadəyə yararlı olmadığını mətbuata bildiriblər".

 

Səbuhi Cahangirov deyib ki, kütləvi informasiya vasitələrinə ötürülən yanlış məlumatlar ictimaiyyət arasında çaşqınlıq yaradıb, bununla da “Elba” MMC-nin imicinə və işgüzar nüfuzuna ciddi xələl yetirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR