Tillerson: "ABŞ nüvə zərbələrinə məruz qala bilər"
"Seul və Tokio hər an nüvə zərbəsinə məruz qala bilər, bu təhlükədən ABŞ da sığortalanmayıb". APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu sözləri Dövlət Departamentinin rəhbəri Reks Tillerson BMT TŞ-nın sessiyasında deyib.
O, bütün dünyanı Pxenyana qarşı təzyiqləri artırmağa çağırıb: "Rəsmi Pxenyandan bir neçə dəfə Amerika ərazilərinə nüvə zərbələri endiriləcəyi barədə bəyanatlar verilib. Biz buna biganə qala bilmərik. Bizə edilən hədə regionda yerləşən ölkələri də narahat etməlidir", - deyə dövlət katibi bildirib.
Xatırladaq ki, bu yaxınlarda ABŞ və Çin liderləri Floridada görüşüb və Şimali Koreya məsələsini müzakirə ediblər. Rəsmi Pekin bölgədə gərginliyin artmasına qarşı olduğunu, problemin masa arxasında həll olunmasının tərəfdar olduğunu bildirib.
Koreya yarımadasında vəziyyət bu ilin əvvəlindən Pxenyanın ballistik raket sınaqlarının sayını artırmasından, buna cavab olaraq ABŞ-ın bölgəyə hərbi kontingent göndərməsindən sonra daha da gərginləşib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır