Şimali Koreyanın raket sınağı uğursuz oldu
Şimali Koreya ballistik raketi sınaqdan keçirib. Raket paytaxt Pxenyandan şimalda buraxılıb. Lakin sınaq uğursuz olub. Raket buraxıldıqdan dərhal sonra partlayıb.
Sınaqdan bir qədər əvvəl BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanın nüvə silahı və ballistik raket sınaqları müzakirə olunub. İclasa ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson sədrlik edib.
Çinin xarici işlər naziri Vanq Yi Şimali Koreyaya qarşı hərbi əməliyyatın yolverilməz olduğunu bildirib və güc tətbiqinin böyük fəlakətlərə səbəb ola biləcəyini bəyan edib. O, Koreya yarımadasındakı problemlərin yalnız dinc yolla həll oluna biləcəyini deyib.
İngiltərənin xarici işlər naziri Boris Conson isə bəyan edib ki, Şimali Koreya öhdəliklərinə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qərarlarını saymır.
Yaponiyanın xarici işlər naziri Fumio Kişida Təhlükəsizlik Şirasını Şimali Koreyaya beynəlxalq ictimaiyyətə qarşı təxribatların bir cavabının olduğunu göstərməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır