Avropa İttifaqı Türkiyədəki referendumun nəticələrini tanıyır

Avropa İttifaqı Türkiyədə keçirilmiş referendumun nəticələrini tanıyır və bu ölkədəki sabitliyə tərəfdardır. APA TV-nin məlumatına görə, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini İttifaqa üzv və üzvlüyə namizəd ölkələrin xarici işlər nazirlərinin qeyri-formal görüşündə Türkiyə ilə bağlı müzakirələrdən sonra bildirib.

 

Federika Moqerini deyib ki, Avropa İttifaqı Konstitusiyasında dəyişiklik edən Türkiyə də daxil olmaqla bütün ölkələrin idarəetmə sistemini müəyyənləşdirmək hüququnu tanıyır və hörmət edir.

 

Bununla belə, Avropa İttifaqı rəsmisi əlavə edib ki, qurum Konstitusiyaya dəyişikliklər qüvvəyə minərkən Venesiya komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun referendumun müşahidəsi ilə bağlı yekun hesabatından sonrakı tövsiyələrini nəzərə alınacağına ümid edir.

 

“Avropa İttifaqı sabit, təhlükəsiz, iqtisadi cəhətdən uğurlu və demokratik Türkiyədə maraqlıdır. Bu ölkə vacib tərəfdaş və bir sıra məsələlərdə aparıcı oyunçudur. Biz Türkiyəyə və ya türk xalqına zərər verə biləcək nə isə etmək niyyətində deyilik”, - Moqerini bildirib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR