Şirvanda ağır yol qəzası!
Şirvan şəhəri ərazisində zəncirvari yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində qeydə alınıb. Belə ki, Şirvan sakini, 1978-ci il təvəllüdlü Qurbanov Rəşad Kamil oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Sabirabad rayon, Nizami kənd sakini, 1982-ci il təvəllüdlü Əmiraslanov Rüfət Oktay oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub. Toqquşma zamanı zərbənin gücündən "VAZ 2106" markalı avtomobil yolun kənarında dayanan yük maşınına çırpılıb. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "VAZ 2106" markalı avtomobilin sürücüsünün diqqətsizliyi səbəb olub. O, ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı