Aptekdə qadının çantasından pul oğurladı

Sumqayıtda oğurluq faktının üstü açılıb.

 

APA TV-nin xəbərinə görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) 1-ci PB əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində apteklərin birində içərisində 405 manat pul olan vətəndaşa məxsus çantanı oğurlamaqda şübhəli bilinən şəhər sakini Azər Səfərov tutulub.

 

A.Səfərovun oğurluq etməsi aptekdə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Həmin kamera görüntülərində saxlanılan şəxsin xanımın pul çantasını necə oğurlaması öz əksini tapıb: "Pulu içərisindən çıxartdım. Pul kisəsini yenidən götürdüyüm yerə qoydum".

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR