Narkotik bitkilər əkib-becərən Qax sakini tutuldu

Qaxda narkotik tərkibli bitkiləri əkib-becərən iki övlad atası həbs edilib.

 
APA TV-nin yerli bürosunun məlumatına görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

 

RPŞ-yə daxil olmuş məlumat əsasında Qax şəhər sakini, 31 yaşlı Elşən Yaqub oğlu Musayevin yaşadığı evin həyətyanı sahəsində əməliyyat-axtarış tədbiri keçirilib. Tədbir nəticəsində dəmir vannanın içərisində xüsusi aqrotexniki qaydada əkilmiş 116 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu bitkisinin şitili aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Elşən Musayev saxlanılıb, onun barəsində Qax rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan qərarı seçilib.

 

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR