Səlim Müslümov Goranboyda vətəndaş qəbulu keçirib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Goranboy rayonunda bu rayonun, Yevlax və Ağdaş rayonlarının, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə görüşüb.
Vətəndaşların müraciətləri əsasən imtiyazlı şəxslərin mənzillə təminatı, bərpa müalicəsi xidmətinin göstərilməsi, sığorta və pensiya münasibətləri, məşğulluğun təmin edilməsi, özünüməşğulluq fəaliyyətinin qurulmasının dəstəklənməsi, əmək hüquqlarının müdafiəsi və s. məsələləri əhatə edib. Nazirliyin aidiyyəti rəhbər vəzifəli şəxslərinin də iştirakı ilə hər bir müraciətin araşdırılaraq cavablandırılması təmin olunub.
Görüşdə bir sıra müraciətlərdə əksini tapan məsələlərin yerindəcə həll olunması üçün müvafiq tədbirlər görülüb. İşlə təmin olunmaq üçün müraciət edən şəxslərə boş iş yerləri (vakansiyalar) təqdim olunub və seçimlərinə uyğun iş yerlərinə göndərişlər verilib.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır