Nazir Kəmaləddin Heydərov Qobustanda vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 28-də Qobustan rayonunda bölgə vətəndaşlarını qəbul edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, nazir Kəmaləddin Heydərov Qobustan Olimpiya İdman Kompleksində Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ sakinlərini, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edərək onların müraciətlərinə baxıb.
Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı digər məsələlərlə əlaqədar olub.
Qəbulda nazir Kəmaləddin Heydərov, eləcə də nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciətləri dinlənilib, onlardan bir qismi yerindəcə həllini tapıb.
Nazir Kəmaləddin Heydərov vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır