Tillerson: "Şimali və Cənubi Koreyanın birləşdirilməsi üçün..."

ABŞ Dövlət Departamentinin rəhbəri Şimali Koreya ilə bağlı rəsmi Vaşinqtonun və Pekinin müzakirələrinin nəticələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, Reks Tillerson bu barədə Fox News-a müsahibəsində danışıb.

O bildirib ki, ABŞ Şimali Koreyanın yaratdığı problemin aradan götürülməsində Çin ən effektiv addımları atmağa qadirdir. Dövlət katibi əlavə edib ki, bu məsələdə Vaşinqtonla Pekinin məqsədi də eynidir. Hər iki ölkə Koreya yarımadasında nüvə təhlükəsinin davam etməsini istəmir: "Biz orda hakimiyyətin dəyişdirilməsi üçün çalışmırıq. Bu haqda heç düşünmürük də. Şimali və Cənubi Koreyanın birləşdirilməsi istiqamətində cəhdlərimiz də yoxdur. Bizi yalnız yarımadada təhlükəsizliyin təmin edilməsi maraqlandırır".

Tillerson qeyd edib ki, aprelin 28-də BMT TŞ-da Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsini qaldıracaq.

Xatırladaq ki, Koreya yarımadasında vəziyyət Pxenyanın ballistik raket sınaqlarını davam etdirməsi və ABŞ-ın bölgəyə hərbi kontingent göndərməsindən sonra daha da gərginləşib.

Şimali Koreya isə bir neçə dəfə zərbə endirəcəyini bəyan edib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR