"AST Telman"a şok ittiham

Azərbaycanlı milyonçu Telman İsmayılov ("AST Telman") sifarişli qətllərdə ittiham olunur.

 

Lent.az-ın "Rosbalt" agentliyinə istinadən xəbərinə görə, Telman İsmayılov 8 nəfərin sifarişli qətlində təqsirləndirilən mütəşəkkil cinayətkar qruplaşmanın işi üzrə istintaqda fiqurantlardan biridir.

 

Agentlik Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır ki, bu barədə kriminal qruplaşma üzvlərindən biri istintaqa ifadəsində bildirib.

 

Qruplaşma üzvü Harri Belotserkovski istintaqa ifadəsində İsmayılovun sifarişli qətllərdə əli olduğunu açıqlayıb. O bildirib ki, İsmayılov qardaşları Rafiq və Vaqiflə birlikdə 2010-2016-cı illərdə səkkiz  nəfərin qətlini sifariş verib. Qətli sifariş verilənlərin əksəriyyəti iş adamlarıdır. Belotserkovski bir vaxtlar Moskvada fəaliyyət göstərən Koptevsk kriminal briqadasının lideri, "qanuni oğru" Andrey Lobanovun da qətlinin İsmayılovlar tərəfindən sifariş verildiyini bildirib.

 

Artıq neçə vaxtdır ki, Telman İsmayılovun qardaşı Rafiq İsmayılov həbsdədir. Digər qardaşı Vaqif beynəlxalq axtarışa verilib. Oliqarxın özü isə Türkiyədədir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR