Tramp Şimali Koreya ilə müharibəni istisna etmədi

ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə "böyük münaqişə"nin yarana biləcəyini istisna etmədiyini, lakin böhranın diplomatik yolla nizamlanmasına üstünlük verdiyini bildirib.

 

APA TV-nin məlumatına görə, Tramp bu fikri "Reuters”ə müsahibəsində bildirib.      

 

Tramp Şimali Koreya ətrafındakı problemin nizamlanmasında Çinin rolunu vurğulayıb.  

 

Şimali Koreya lideri Kim Çen Inın hakimiyyətə çox gənc yaşında gəldiyini qeyd edən ABŞ prezidenti onun ağıllı olacağına ümid etdiyini bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR