Geosiyasi gərginlik Türkiyənin inşaat sektoruna 12,5 milyard dollar ziyan vurub

Türkiyənin qonşu dövlətlər və müttəfiqlərlə yaşadığı geosiyasi gərginlik ölkənin inşaat sektoruna 12,5 milyard dollar ziyan vurub. APA TV-nin məlumatına görə, bu rəqəmi Türkiyə İnşaatçılar Birliyinin rəhbəri Mithat Yenigün açıqlayıb.

 

Onun sözlərinə görə, Türkiyənin Rusiya, Suriya, İraq və Misir kimi dövlətlərlə münasibətlərində yaşadığı problemlər və bu ölkələrdə gedən proseslər inşaat sektoruna ciddi ziyan vurub. Türkiyənin inşaat şirkətləri il ərzində xarici ölkələrdən 25 milyard dollarlıq layihə təklifləri alsa da, son bir ildə bu rəqəm 50 faiz azalaraq 12,5 milyard dollar təşkil edib.

 

Midhat Yenigün bildirib ki, türk şirkətləri sifariş almaq üçün Afrika ölkələrinə üz tutub, lakin bu ölkələrdə böyük layihələrdə yer almaq üçün dövlət inşaat sektoruna maliyyə dəstəyi ayırmalıdır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR