ABŞ-ın ehtiyatlarının azalması nefti bahalaşdırmağa başladı

Neft bazarında balansın yaranmaması neftin qiymətini ucuzlaşdırsa da, proses  artıq başa çatıb.

 

APA TV-nin xəbərinə görə, “Brent” markalı neftin ən ucuz qiyməti 51,11 dollar olub, sonradan qiymətlər 52,42 dollar səviyyəsinədək yüksəlib. 51,11 dollar neftin ucuzlaşa biləcəyi ən aşağı hədd hesab olunur, birjaların son seanslarına kimi qiymətlərin 54 dollaradək yüksələcəyi gözlənilir.

 

Qərbi Texas nefti də 48,36 dollar səviyyəsinə endikdən sonra bahalaşıb və səhər seanslarında bu markadan olan neftin bir bareli 49,58 dollardan satılıb. Tendensiya davam edərsə, gün ərzində WTİ nefti uzun fasilədən sonra ilk dəfə 50 dollarlıq həddi keçə bilər.

 

Qiymətlərin formalaşmasına ABŞ-ın neft ehtiyatlarının üçüncü həftədir azalması faktoru təsir göstərir. Hesabat çərşənbə günü axşam saatlarında açıqlansa da, bazara təsir 24 saat sonra başlayır. Bu gün birjalar Birləşmiş Ştatlarda neft ehtiyatlarının təsiri altındadır və OPEK-dən pozitiv açıqlama gələrsə, qiymətlər daha da bahalaşa bilər.

 

Qeyd edək ki, birjalarda həftənin son seansları bu axşam başa çatacaq, gələn həftənin ilk hərracları bazar günü axşam keçiriləcək. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR