Kütlə parlamentə hücum çəkdi, deputatlar zalda döyüldü
"Vahid Makedoniya Uğrunda" hərəkatının üzvləri Makedoniya parlamentinə basqın edərək müxalifət lideri Zoran Zayevə və onun rəhbərlik etdiyi Sosial-Demokratik İttifaqı təmsil edən bir neçə deputata xəsarətlər yetirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, insident etnik alban Tələt Cəfərinin parlament spikeri vəzifəsinə təsdiq edilməsindən sonra baş verib.
Qeyd edək ki, alban milli azlığı təmsil edən partiyanın rəhbəri Tələt Cəfəri dekabrın 11-də keçirilən səsvermənin nəticələrinə əsasən Makedoniya parlamentinin sədri seçilib.
Bundan əvvəl Zoran Zayev ölkə prezidenti George İvanova parlamentdəki 120 deputatdan 67-nin imzasını təqdim edərək, yeni nazirlər kabinetinin formalaşdırılması üçün ona müvafiq mandatın verilməsini xahiş edib.
Prezident G.İvanov dünya liderlərinə ünvanladığı açıq məktubda bildirib ki, onun məlumatına görə, Sosial-Demokratik İttifaqının platformasının icrası ölkə konstitusiyasının dəyişdirilməsini nəzərdə tutur. Prezident qeyd edib ki, istisna olaraq alban milli azlığın maraqlarına cavab verən bu dəyişikliklər, dövlətin unitarlığını və suverenliyini təhlükə altına salır. G.İvanov bu səbəbdən Zayevə mandat verməkdən imtina edib.
İnsident baş verdikdən sonra Makedoniya DİN-nin xüsusi təyinatlı dəstəsi "Vahid Makedoniya Uğrunda" hərəkatın fəalları tərəfindən parlament binasında saxlanılan deputatları azad etmək üçün xüsusi əməliyyat keçirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır