Türkiyədə keçirilən referendumun nəticələri təsdiqləndi
Türkiyə Ali Seçki Şurası konstitusiyaya dəyişikliklərin edilməsinə dair aprelin 16-da keçirilmiş referendumun nəticələrini təsdiqləyib. APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ali Seçki Şurasının rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib.
"Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi "lehinə", 48,59 faizi isə "əleyhinə" səs verib", - deyə Sədi Güvən Ankarada jurnalistlərə bildirib.
Qeyd edək ki, referendumla Konstitusiyanın 18 maddəsinə dəyişiklik olunub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır