London və Berlində həyəcanlı anlar: atışma oldu, yaralı və saxlanılanlar var
London polisi şəhərin mərkəzində - baş nazirin evi və bir neçə nazirlik binasının yerləşdiyi ərazidə şübhəli şəxsi saxlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, saxlanılan şəxsin üzərindən soyuq silah çıxıb.
20 yaşlı adı açıqlanmayan şəxsin xarici görkəmi asayiş keşikçilərini şübhələndirib. Onun uzun saqqalı olub.
Şəhərin mərkəzi küçələri dərhal bağlanıb, əməliyyat başlanıb və ərazidən çox sayda soyuq silahlar tapılıb.
Xatırladaq ki, ötən ay Londonda, Britaniya parlamentinin yaxınlığında törədilən terror aktı zamanı biri polis olmaqla 4 nəfər həyatını itirmişdi. Həmin hadisə zamanı da terrorçunun üzərindən bıçaq aşkarlanmışdı.
Almaniyanın paytaxtındakı xəstəxanalardan birində isə atışma olub. İnsident nəticəsində bir nəfər yaralanıb. Yaralanan şəxsə polis atəş açıb, o, ayağından vurulub.
Hadisə yerinə əlavə polis əməkdaşları cəlb edilib.
Vurulan şəxsin terrorçu olduğu istisna edilmir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır