Qadın dayısının evini sevgilisinə oğurlatdırdı
Paytaxtda daha bir oğurluq faktının üstü açılıb.
APA TV-nin xəbərinə görə, Nərimanov Rayon Polis İdarəsi (RPİ) və 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Lalə İspəndiyarovanın yaşadığı mənzildən 12500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar.
Evdə qızılın olduğunu Əliyə Nərmin deyib. Dayısının həyat yoldaşının Sabirabada gedəcəyi xəbərini də sevgilisinə Nərmin çatdırıb.
Zərərçəkən Lalə İspəndiyarova evindən nələrin oğurlandığını açıqlayıb: "Gündəlik istifadə etdiyim qızıllar qalmışdı yerində. Pula dəyməmişdilər, ancaq gizlətdiyim bahalı qızıllar oğurlamışdılar".
Zərərçəkən şəxs oğurluq hadisəsi barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verəndən sonra ərazi üzrə Nərimanov RPİ və 18-ci PB əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib. Ev sahiblərinin izahatı alınıb, əl-barmaq izləri götürülüb. Hadisə yerinə baxış zamanı məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər: "Cənab nazirin qəbuluna yazıldım. Təşəkkür edirəm, qəbul etdi məni, dinlədi və vəziyyətimlə maraqlandı. İşi nəzarətə götürdülər. Yüksək səviyyədə həll olundu".
Qeyd edək ki, hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub. O, ifadəsi zamanı qohumlarının evdə olmamasından istifadə edərək, planlaşdırdığı oğurluq hadisəsini tanışı Əli Nəbiyevlə birlikdə həyata keçirdiklərini etiraf edib: "Şüşəni Əli qırdı, girdik içəri. 3000 manata yaxın pul əldə etdik. Özümüzə pal-paltar, telefonlar aldıq".
Əli Nəbiyev də Nərmin Mustafayevanın dediklərini təsdiqləyib: "Nərminlə bir ilə yaxındır görüşürük. Dedi dayımgildə qızıl var. Qızılları "Laçın"da və digər lombardlarda satdıq, xərclədik".
Faktla bağlı cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır