Şimali Koreya müharibə vəziyyətinə gətirildi: ORDU SAHİLBOYU DÜZÜLDÜ
Şimali Koreya rəhbəri Kim Çen In ölkənin hərbi arsenalında olan bütün ağır artilleriyanın sahilboyu ərazilərdə düzülməsi əmrini verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu addımın ABŞ və Cənubi Koreyanın Sarı dənizdə başladığı hərbi əməliyyatlara qarşı atıldığı bildirilir.
Hazırda yarımadanın şimal sahillərinə minlərlə top, tank və digər ağır texnikanın düzüldüyü və döyüşə hazır vəziyyətə gətirildiyi qeyd edilir.
Xatırladaq ki, ABŞ hərbi donanması "Karl Vinson" aviadaşıyıcısının liderliyi ilə Şimali Koreya sularının sərhədində cəmlənib. Gəmilərdə onlarla qırıcı və bombardmançı təyyarələr uçuşa start vəziyyətdədir. Zərbə qrupuna helikopterlər və raket atma qabiliyyətinə malik kreyserlər də daxil edilib.
Bundan əlavə, ABŞ arsenalına aid dünyanın ən böyük sualtı gəmilərindən biri - Michiqan da Sarı dənizdədir.
ABŞ hərbi kontingentinə Cənubi Koreyada yerləşdirilən THAAD raketdən müdafiə sistemləri hər an dəstək verməyə hazırdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır