İmişlidə iki "Jiquli" toqquşdu: 4 yaralı

İmişli rayon mərkəzində ağır qəza baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Şəhidlər küçəsində iki "Jiquli" markalı maşın toqquşub. Qəza nəticəsində İmişli sakinləri, 1995-ci il təvəllüdlü Kərimov Əliyar Telman oğlu, Otuziki kənd sakini, 1985-ci il təvəllüdlü Əsgərov Yusif Akif oğlu, Rəsullu kənd sakini, 1964-cü il Şükürov Roz Hidayət oğlu və Cəfərli kənd sakini, 1978-ci il təvəllüdlü Mehdiyeva Diləfruz Əziz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli rayon xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR