Tramp qərar verdi: Yaxın Şərqə güclü ordu göndərilir - RUSİYADAN REAKSİYA
Tramp Pentaqona Suriyada və İraqda hərbi kontingentin sayını artırmağa icazə verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Associated Press yazıb.
Bu, ölkənin müdafiə naziri Ceyms Mettisə adı çəkilən ölkələrdə hərbçi sayını sərbəst müəyyənləşdirməyə şərait yaradır.
Hazırda həm Suriya, həm də İraqda ABŞ hərbi kontingenti mövcuddur, lakin həmin say eks-prezident Barak Obama zamanında müəyyənləşdirilən qədərdir.
Tramp prezident seçildikdən sonra ABŞ-ın bölgəyə əlavə qüvvələr göndərdiyi barədə xəbərlər yayılsa da, Ceyms Mettis bir neçə dəfə həmin qrupların yalnız hərbi müşavirlərdən ibarət olduğunu deyib.
Bu arada Rusiyanın müdafiə naziri ABŞ-ın Suriyadakı hərəkətlərini rus hərbçiləri üçün "böyük təhlükə" adlandırıb. Sergey Şoyqu xüsusilə Suriya hökumət qüvvələrinin hərbi bazasının vurulması faktını önə çəkib:
"Hərbi bazanın vurulması birinci növbədə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Vaşinqtonun hərəkətləri bizim bölgədə antiterror əməliyyatlarımıza mane olur və hərbçilərimizin həyatı üçün ciddi təhlükə törədir".
Xatırladaq ki, aprelin 7-də ABŞ hərbi aviasiyası Əsəd qüvvələrinin yerləşdiyi Şayrat aerodromuna raket zərbələri endirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır