Ölkə ərazisində temperatur 25 dərəcəyə yüksələcək

Aprelin 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim cənub-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə  verilən məlumata görə, havanın temperaturu gecə 8-11, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz  20-22 dərəcə isti olacağı gözlənilir.

  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR