Venesuela Amerika Dövlətləri Təşkilatından çıxdı

Venesuela Amerika Dövlətləri Təşkilatından çıxdığını açıqlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu qərar təşkilat üzvlərinin Vaşinqtonda Venesuela böhranını müzakirə etməsindən sonra verilib.

 

Rəsmi Karakas bunu ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirərək, təşkilatı müxalifətə dəstəkdə ittiham edib. Hakimiyyət təşkilatdan çıxma prosesinə aprelin 28-dən etibarən başlamağı düşünür.

 

Bu arada xarici işlər naziri Delsi Rodriqes həmin qərarı ilk növbədə təşkilatın Venesuelada stabillik və sülhü pozmağa çalışması ilə əsaslandırıb. O bəyan edib ki, ölkəsi təşkilat üzvləri ilə hər hansı birgə fəaliyyətdə yer almayacaq.

 

Qeyd edək ki, Venesuelada bu qərar kütləvi etiraz aksiyaları fonunda verilib. Bir neçə gün boyunca davam edən aksiyalarda artıq 29 nəfərin öldüyü bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR