ABŞ-ın neft ehtiyatları azalsa da, neft ucuzlaşmaqda davam edir

ABŞ Energetika Nazirliyinin ölkənin neft ehtiyatlarının həcminə dair açıqladığı həftəlik hesabat neftin ucuzlaşmasını dayandıra bilməyib.

 

APA TV-nin məlumatına görə, hesabata əsasən, ötən həftə ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcmi 3,64 milyon barel azalıb. Hazırda ölkənin 528,8 milyon barel neft ehtiyatı qalıb. Analitiklər həcmin 1,4 milyon barel azalacağını ehtimal etsə də, azalma həcmi gözləntilərdən çox olub.

 

Hesabat neftin qiymətini bahalaşdırmalı olsa da, əks proses müşahidə olunur. Buna səbəb bazarda balans yaratmaq cəhdlərinin uğursuzluğa düçar olmasıdır. Ehtimallara görə, ABŞ-ın neft ehtiyatlarının azalmasının bazara pozitiv təsiri cümə günü seanslarında müşahidə ediləcək.

 

Hazırda birjalarda “Brent” markalı neftin 1 bareli 52,19 dollardan, Qərbi Texas neftinin 1 bareli isə 49,36 dollardan satılır. Bu gün və sabah OPEK rəsmilərindən hasilatın azaldılması danışıqlarına dair hansısa bəyanat səslənərsə, bu, ABŞ-ın ehtiyatlarının azalması fonunda nefti xeyli bahalaşdıra bilər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR