İsrail Əsədin hərbi bazasını bombaladı: DƏMƏŞQ AEROPORTU YANIR

İsrail hərbi hava qüvvələri Dəməşq beynəlxalq aeroportu ərazisinə zərbələr endirib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, aeroportun ərazisində olan hərbi baza bombardman edilib.

Böyük bir ərazidə güclü yanğın başlayıb.

Xatırladaq ki, bu, İsrail aviasiyasının Suriya ərazisinə ilk hücumu deyil. Bu ilin yanvarın 13-də paytaxtın cənub-qərbindəki Mezza aerodromu bombardman olunub.

Fevralın 22-də isə Dəməşqin şimalında yerləşən dağlıq ərazidəki Əl-Qatif şəhərinə raket zərbələri endirilib. Həmin əməliyyatda hədəf ərazidəki "Hizbullah" qruplaşması olub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR