Pentaqon: Türkiyənin hava zərbələrindən gec xəbər tutduq
ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın sözçüsü polkovnik Con Dorrian İraq və Suriyanın şimalında PKK terror təşkilatının varlığından xəbərdar olduqlarını bildirib. Türkiyə Silahlı Qüvvələrinin İraqın Sincar bölgəsi və Suriyanın Qaraçok dağında PKK terror təşkilatının hədəflərini vurmasından danışan polkovnik bildirib ki, Türkiyə onları hava hücumu ilə bağlı son anda məlumatlandırıb. Bu səbəbdən müttəfiq qüvvələri bölgədən çıxarmağa vaxt qalmayıb:
“Hücuma bir saatdan da az qalmış məlumat verildi. Bu, yetərli vaxt deyil. İŞİD-ə qarşı kolasiya ortağı və bir müttəfiqdən gözlənilən koordinasiya yox, sadəcə məlumatlandırma idi”.
Con Dorrian deyib ki, ABŞ əsgərləri Suriyada vurulan hədəflərin 10 kilometrliyində olublar və Pentaqonun hava hücumlarının nə vaxt və hara ediləcəyindən xəbəri olmayıb.
Amerikalı hərbçi onu da əlavə edib ki, PKK bir terror təşkilatıdır və mövcud olduğu hər yer üçün problemdir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada kürd terror təşkilatlarının hədəflərinə hava zərbələri endirib. Bombardman nəticəsində 70-də çox terrorçunun məhv edildiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır