Lənkəranda ağır yol qəzası: 2 ölü, 3 yaralı
Lənkəranda ağır yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunda, Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran vətəndaşına məxsus yük maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar “Lada Priora”nın sürücüsü və sərnişinləri, Lənkəranın Gərmətük qəsəbə sakinləri, 1993-cü il təvəllüdlü Məcidov Mustafa Məcid oğlu, 1994-cü il təvəllüdlü Ağayev Vüqar Mikayıl oğlu və 1991-ci il təvəllüdlü Rüstəmov Mahir Mayis oğludur. Onlardan ikisinin vəziyyətinin orta ağır olduğu bildirilir.
Ölənlərdən isə hələlik birinin adını dəqiqləşdirmək mümkün olub. O, Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 1991-ci il təvəllüdlü Şükürov Anar Şükür oğludur. A.Şükürovun “Mercedes”də olduğu deyilir. Hadisə nəticəsində ölən digər şəxsin kimliyi müəyyənləşdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır