Polis rəisi: "Biz o zəhəri niyə qəbul etməliyik ki?"
Bir neçə şagirdin səhnələşdirdiyi narkoman obrazları, valideyn nəzarətsizliyinin fəsadları Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən 259 saylı məktəbin şagirdlərini düşündürdüyü kimi, qonaqların da diqqətini cəlb edib.
"Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda təşkil olunan tədbirdə 200-ə yaxın müəllim və şagird heyəti iştirak edib.
Sabunçu RPİ-nin zabit heyətinin, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsi, insanların həyatını məhv etdiyi vurğulanıb.
Narkoloq Asif Kəngərli, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, İdarənin Profilaktik işin təşkili bölməsinin rəisi Əli Babayev narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs ediblər.
Rayon İdman və Gənclər İdarəsinin rəisi Rakif Əliyev bildirib ki, narkomanlar məqsədsiz, tüfeyli insanlardır: "Bu, onların valideynlərinin biganəliyidir. Atanı, ananı bir-birinə düşmən edir".
Sabunçu RPİ-nin rəisi Eldar İlyasov da tədbirdə çıxış edib: "Televizorda bir ilan görəndə istər istəməz tükün ürpəşir. Niyə? Çünki zəhəri var. Bəs nə qədər məntiqlidir ki, biz özümüz öz əlimizlə o zəhəri götürüb içəri qəbul edirik. Belə yanaşmalıyıq. Mən hesab edirəm ki, maarifləndirmə kifayət qədər deyil, azdır".
Görüş məktəblilərin sual-cavabları ilə diskussiya şəkilində sona çatdı.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır