Səlim Müslümov: "Əməyin Təhlükəsizliyi Fondu yaradılmalıdır"
Bu ilin birinci rübündə Azərbaycanda 31 bədbəxt hadisə baş verib. Bunun çoxu tikinti sektorunun payına düşür. Bu hadisələr zamanı 10 nəfər həyatını itirib.
APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
"Dövlət Əmək Müfəttişliyinin apardığı yoxlamalar il yarımdan çoxdur dayandırılıb. Son dövrlər işəgötürənlər nəzarət sistemini nəzərə almır. Nəticədə ölənlərin sayı artıb. Mühafizə vasitələrindən istifadə halları azalıb. Qanun işəgötürənləri məcbur edir ki, onlar işçilərin təhlükəsizliyi üçün bu vasitələrdən istifadə etsinlər, işçiləri əmək təhlükəsizliyi qaydaları ilə tanış etsinlər, gündəlik olaraq onlara bu barədə məlumat versinlər. Təəssüf ki, bunlar edilmir. Bunun bir səbəbi də ölkədə Əmək Məcəlləsinə əsasın Əməyin Təhlükəsizliyi Fondunun yaradılmasının nəzərdə tutulmasına baxmayaraq, bu orqanın yaradılmamasıdır" - deyən nazir bildirib ki, hazırda bunun üzərində iş gedir. Yaxın vaxtlarda əməyin istehsalatda baş verən bədbəxt hadisələrdən məcburi sığortalanması hesabına Əməyin Təhlükəsizliyi Fondunun formalaşması məsələsi öz əksini tapacaq.
Səlim Müslümov işsizlik sığortası ilə bağlı məsələyə münasibət də bildirib. Qeyd edib ki, işsizlik sığortası ilə bağlı qanun layihəsi ölkə prezidenti tərəfindən Milli Məclisə göndərilib və parlamentin yaz sessiyasının 1-ci oxunuşda bu məsələyə baxıla bilər.
Bu gün Çernobıl faciəsinin 31-ci ildönümü olduğunu xatırladan nazir bildirib ki, Azərbaycanda bu gün 3577 Çernobıl əlili qeydiyyatdadır: "Onlar müvafiq pensiyalar, müavinətlər alırlar. Hər birinə ildə 215 manat birdəfəlik əlavə vəsait göndərilir. Onlardan 160 nəfərinə minik avtomobili verilib, 185 nəfəri evlə təmin olunub. Hər il Çernobıl faciəsi günü Çernobıl Əlilləri İttifaqının təqdim etdiyi siyahı üzrə 500 nəfərə yaxın əlilə müvafiq yardım edilir. Bu il də bu edilib".
Qeyd edək ki, bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşüb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır