Çexiya parlamenti "erməni soyqırımı"nı tanıdı

Çexiya parlamentinin deputatlar palatası uydurma "erməni soyqırımı"nı pisləyən qətnamə qəbul edib.

 

APA TV-nin erməni mətbuatı istinadən verdiyi məlumata görə, qətnamənin lehinə 104 deputat səs verib.

 

Sənəddə qondarma "erməni soyqırımı" insanlığa qarşı cinayət adlandırılır.

 

Qətnamə layihəsi Sosial-demokratlar partiyasından olan deputat Robin Beniş tərəfindən parlamentə təqdim olunub.

 

O bildirib ki, uydurma "soyqırımı"nın 102-ci ildönümündə bu qətnamənin qəbulu simvolik xarakter daşıyır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR