Qızılağacı çapıb-talayanlar Bakıda tutuldu: Şeytana lənət...
Bakıda oğru dəstəsi ələ keçib. APA TV-nin Cənub bürosunun məlumatına görə, cinayətkarlar əməllərini maskalanaraq həyata keçirib.
Dəstəyə Masallı rayon Qızılağac kənd sakini Vüsal Əliyev başçılıq edib: "Vusal Əliyev Qızılağac kənd sakinidir, digərləri onun tanışıdır və onlar Bakı şəhərində razılaşaraq, Masallı rayonu Qızılağac kəndinə gələrək sözü gedən cinayəti törədiblər".
Masallı sakini Astara və Bərdədən olan tanışları ilə bibisinin evinə də basqın edib: "Allah şeytana lənət eləsin, olub, gəlmişik də, törətdiyim əmələ görə də peşmanam".
Cinayətkarlar aprel ayının 18-dən 19-a keçən gecə rayonun Qızılağac kəndində Səlimova Tinati və Mirzəyeva Xoşqədəm Hidayət qızlarının və həmin kənd sakini, Səfərova Hökumə Abduləli qızının yaşadığı mənzilə də basqın edərək, ev sahiblərinə hədə-qorxu gəlmək yolu ilə küllü miqdara qızıl-zinət əşyalarını ələ keçiriblər: "Vüsal mənə dedi ki, mən Faiqə demişəm, gəlmişik. Birinci planı Vüsalla mən çəkmişəm, sonradan Faiqə demişik. Peşmanam, çünki qadın evinə girmişəm".
Baş vermiş hadisələrdən dərhal sonra əməliyyat qrupu yaradılıb və cinayət faktlarının üstü isti izlərlə açılıb. Dəstə üzvləri Bakı şəhərində saxlanılıb. "Onlar 23 aprel 2017-ci il tarixdə Bakı şəhərində saxlanılıb və törətmiş olduqları cinayət əməlini səmimi etiraf etməklə cinayətdə istifadə etdikləri, iş üçün əhəmiyyətli olan maddi sübutlar onlardan götürülüb".
Faktla bağlı araşdırma aparılır.
Vurğun Bilaloğlu, Rövşən Əzimov APA TV
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır