ABŞ: Türkiyə bölgəni bizimlə razılaşdırmadan bombalayır
"Türkiyə Suriya və İraqa zərbələri ABŞ və Vaşinqtonun rəhbərlik etdiyi koalisiya ilə razılaşdırmadan endirib". APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.
"Bu zərbələr koalisiya tərəfindən dəstəklənməyib və İŞİD-lə mübarizədə peşmərgə düşərgəsindəki tərəfdaşlarımızın faciəvi ölümünə səbəb olub", - deyə Toner bildirib.
Türkiyə tərəfi isə bu cür əməliyyatların keçirilməsindən əvvəl istənilən tərəfin məlumatlandırıldığını bildirib.
Bunu Türkiyə prezident Rəcəb Tayyip Ərdoğan "Röyters"ə müsahibəsində də deyib: "İraqın Sincar şəhərində və Suriyanın şimalında əməliyyatlar terrorçular tam məhv edilənədək davam etdiriləcək. Sincarın PKK terrorçularının bazasına çevrilməsinə imkan verməyəcəyik", - deyə dövlət başısı bəyan edib.
"Biz tədbirlər görməyə borcluyuq. Biz bu barədə ABŞ, Rusiya və İraqı məlumatlandırdıq. Bu əməliyyat barədə Bərzani də məlumatlı olub”.
Türkiyə Hərbi-Hava Qüvvələri bu gün kürd terror qruplaşmalarının - PKK, PYD, YPG-nin Suriya və İraqdakı mövqelərinə güclü zərbələr endirib. Terrorçular arasında xeyli itkilərin olduğu bildirilir.
Xatırladaq ki, Ankara bundan əvvəl dəfələrlə Vaşinqtonu PYD və YPG-ni silahlandırmaqda ittiham edib. ABŞ isə İŞİD-lə mübarizədə kürd terror qruplaşmalarını müttəfiq hesab edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır